Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzi (146) yeni istiqamət üzrə vətəndaşların sorğularını cavablandıracaq.
 
Nazirlikdən "Azərbaycan müəllimi"nə bildirilib ki, Çağrı Mərkəzinin 146 – 10 xidməti artıq istifadədədir.
 
Vətəndaşlar Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi ilə əlaqə yaratmaq üçün müvafiq nömrəyə zəng edə bilərlər.