“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamında dəyişiklik edilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, dəyişikliyə əsasən, proqramın adında “2022–2026-cı” sözləri “2022–2028-ci” sözləri ilə əvəz edilib.
Belə ki, Dövlət Proqramının müddəti 2028-ci ilə qədər uzadılıb.