Nobel Sülh mükafatçısı, UNEC rektorunun müşaviri Muhammad Yunus Banqladeşin müvəqqəti hökumətinə rəhbərlik edəcək.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, nüfuzlu ictimai xadim, sosial biznes və “mikrokreditin atası” adlandırılan Muhammad Yunus ilk dəfə 2016-cı ildə UNEC-in qonağı olub. “Sosial biznes – inkişafa gedən yol” mövzusunda beynəlxalq konfransda çıxış edən Muhammad Yunusa UNEC-in Fəxri doktoru adı verilib və müvafiq diplom təqdim edilib. Konfrans çərçivəsində UNEC-də Yunus Sosial Biznes Mərkəzi (YSBM) yaradılıb.
 
2024-cü ilin mart ayında Nobel mükafatçısı Muhammad Yunusun iştirakı ilə UNEC-də yaradılmış Yunus Sosial Biznes Mərkəzinin açılışı olub. Tələbələr arasında sosial biznes ideyasını təşviq etmək məqsədilə yaradılan həmin mərkəzdə professor Muhammad Yunus ilk mühazirəsini də söyləyib.
 
2024-cü ilin mart ayının 29-da isə Nobel Sülh Mükafatı laureatı, professor Məhəmməd Yunusun UNEC-in missiyasına töhfə vermək istəyini əsas tutaraq o, UNEC rektorunun müşaviri təyin edilib.