Türkiyə-Azərbaycan Universiteti (TAU) ilə bağlı Azərbaycan Texniki Universitetində (AzTU) təşkil olunan “Açıq qapı” günü davam edir. “Açıq qapı” günündə iştirak edənlər arasında 600 baldan yüksək nəticə göstərən abituriyentlər çoxluq təşkil edir.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, TAU-nun prorektoru Mehmet Şimşir abituriyentlərlə görüşərək onların universitetlə bağlı suallarını cavablandırır.
 
Qeyd edək ki, TAU-da tədris prosesinə Türkiyədən Orta Doğu Teknik Universiteti, İstanbul Tekniki Universiteti və Haccettepe Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunub.
 
Yeni tədris ilində universitetdə kompüter mühəndisliyi, sənaye mühəndisliyi, qida mühəndisliyi ixtisasları üzrə tədris aparılacaq.
 
Bütün ixtisaslar üzrə tədris ingilis dilində həyata keçiriləcək.