Tədbir Beynəlxalq tələbə həftəsinə həsr olunub


Naxçıvan Dövlət Universiteti Memarlıq və mühəndislik fakültəsiində Beynəlxalq tələbə həftəsinə həsr edilmiş sərgi və bilik yarışması keçirilib.

 

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov yarışmanı giriş sözü ilə açaraq Beynəlxalq tələbə həftəsi münasibətilə tələbələri təbrik edib. Vurğulanıb ki, tələbə həftəsinin keçirilməsində məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkilinin olunmasıdır.

 

Təşkilatçı oyunun qaydalarını izah etdikdən sonra yarışa start verilib. 30 sual olmaqla 2 mərhələdən ibarət keçirilən yarışda 6 komanda iştirak edib. I mərhələnin yekununda az xal toplayan komandalar oyunu tərk etdikdən sonra II mərhələyə başlanılıb.

 

I yerə “Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi”, II yerə “İnformasiya texnologiyaları”, III yerə isə “Ekologiya mühəndisliyi” ixtisaslarının tələbələri layiq görülüb.

 

Sonda tələbələrin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Sərgidə eyni zamanda “Greenwood” adlı elektron sxem nümayiş olunub. Elektron sxemin əsas mahiyyəti isə eyni anda həm günəş, həm də külək enerjisi əldə etməsidir.