"Qısamüddətli təlim qrupunun yaradılması" layihəsinin icrası davam edir.
"Azərbaycan müəllimi" xəbər verir ki, layihənin icra planına uyğun olaraq təlim qrupları üzrə məşğələlər təşkil olunub.
Məşğələlərin uğurlu olmasının göstəricisidir ki, uşaqlar fəsillərin spesifik xüsusiyyətlərini, onlar arasında oxşar və fərqli xüsusiyyətləri müəyyən edə bilir, saymağı bacarır və heyvanları, ayları, həftənin günlərini öyrənirlər. Həmçinin uşaqların sərbəst fəaliyyətinin səmərəli təşkili üçün də şərait yaradılıb.
Xatırladaq ki, Zaqatala rayonu Danaçı kənd 1 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən məktəbəqədər qrup, ölkəmizdə ilk dəfə olaraq həyata keçirilən “Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot qrant proqramı çərçivəsində yaradılıb.
Onu da qeyd edək ki, “Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot qrant proqramı çərçivəsində 16 layihə qrant qazanıb. Bu layihələr Bakı, Lənkəran, Şəki, Şirvan, Naxçıvan, Füzuli, Zaqatala, Masallı, Astara və Göygöldə icra olunmaqla, ümumilikdə 500-dən çox uşağı əhatə edir.