Basketbol üzrə Avropa çempionatında (C divizionu) 18 yaşa qədər oğlanlardan ibarət milli komandamız qızıl medal qazanıb, 18 yaşadək qızlardan ibarət millimiz isə çempionatın gümüş mükafatçısı olub.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə elm və təhsil naziri, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev özünün sosial şəbəkə hesablarında paylaşım edib.
 
"Ümumiyyətlə, 2024-cü ilin iyul ayında yeniyetmələrdən ibarət komandalarımız ölkəmizi rekord sayda, yəni dörd kateqoriyada təmsil ediblər. Millilərimiz bu yarışları uğurlu nəticələrlə başa vurublar (2 qızıl medal, 1 gümüş medal və 4-cü yer). Millilərimizin üzvlərini və onların uğurunda zəhməti olan hər kəsi təbrik edir, idmançılarımıza yeni-yeni nailiyyətlər arzulayıram", - deyə paylaşımda qeyd olunub.