35 ölkədən 2200 şagirdin iştirakı ilə Sinqapurda keçirilən SIMOC 2024 beynəlxalq olimpiadasında ölkəmizi 69 şagird uğurla təmsil edib.
 
"Azərbaycan müəllimi"nə Lənkəran-Astara Regional Təhsil İdarəsindən verilən məlumata görə, Astara şəhər 1 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Muradlı Yusif Murad oğlu nüfuzlu olimpiadada "Math Warriors" mərhələsində qızıl, “Mind Sports” adlı 3-cü mərhələdə isə gümüş medal qazanıb.
 
Qeyd olunub ki, komanda ilə əldə edilən uğurlu nəticələr şagirdlərimizin riyaziyyat və məntiq sahələrinə olan maraqlarının, bu sahələr üzrə bilik və bacarıqlarının nə qədər güclü olduğunu göstərir.