Bakı Ali Neft Məktəbinin (BANM) 20 tələbəsi Çin Neft Universitetinin yay məktəbində iştirak edib. Tələbələrin xərcləri sözügedən universitet tərəfindən ödənilib.
 
Bu barədə "Azərbaycan müəllimi"nə BANM-dən məlumat verilib.
 
Bildirilib ki, proqram çərçivəsində tələbələrin Böyük Çin Səddi, Şahzadə Qonqun malikanəsi, Qadağan olunmuş şəhər, Yay Sarayı kimi tarixi yerlərə səfərləri baş tutub.
 
Xatırladaq ki, ötən il Çindən 20 tələbə BANM-in yay məktəbində iştirak edib.