Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimi və istehsalat təlimi ustalarının işə qəbul müsabiqəsinə müraciət üçün tələb olunan sənədlər elan olunub.
 
"Azərbaycan müəllimi"nə Peşə Təhsili üzrə Dövlət Agentliyindən verilən məlumata görə, peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimi və istehsalat təlimi ustalarının işə qəbul müsabiqəsinə müraciət üçün tələb olunan sənədlər aşağıdakılardır:
 
İstehsalat təlimi ustası:
 
1. Diplom və elmi dərəcəsinin olduğunu təsdiq edən sənədin (olduğu halda) surəti;
 
2. Nəqliyyat vasitələrinin idarə olunması ixtisasları üzrə usta vəzifəsi üçün  müraciət edən namizədin "B", "C" və "D" kateqoriyaları üzrə sürücülük vəsiqəsinin surəti;
 
3. Əmək kitabçasının notariat qaydasında və ya işəgötürən tərəfindən təsdiq edilmiş surəti;
 
4. İş bacarıqları və səriştələri barədə en azı 1 istehsalat müəssisəsinin tövsiyə məktubu;
 
5. Əmək funksiyası ilə bağlı müvafiq sertifikatlar (olduğu halda).
 
İxtisas fənn müəllimi:
 
1. Diplom və elmi dərəcəsinin olduğunu təsdiq edən sənədin (olduğu halda) surəti;
 
2. Əmək kitabçasının notariat qaydasında və ya işəgötürən tərəfindən təsdiq edilmiş surəti.