28 iyul 2024-cü il tarixində ali təhsil səviyyəsi üzrə Musiqi sənəti istiqamətinin ixtisas imtahanlarından uğur qazanan abituriyentlər üçün nəzəriyyə fənləri üzrə test imtahanı keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən "Azərbaycan müəllimi"nə bildirilib ki, abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.
İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- imtahana buraxılış vərəqəsini;
- şəxsiyyəti təsdiq edən sənədin əslini.
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şəxslər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Abituriyentlər test imtahanına aid “Yaddaş kitabçası” ilə buradan tanış ola bilərlər.