İyulun 10-da Qarabağ Universitetinin rektoru Şahin Bayramov Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax, Ağstafa, Tovuz rayonları üzrə qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentləri və onların valideynləri ilə görüşüb.
Bu barədə "Azərbaycan müəllimi"nə universitetdən məlumat verilib. Bildirilib ki, Qarabağ Universiteti haqqında ətraflı məlumat verən rektor tələbə qəbulu aparılan ixtisaslar, universitetdə tətbiq olunacaq xüsusi güzəştlər, yerli və beynəlxalq mübadilə proqramları barədə danışıb.
Böyük maraq və izdihamla qarşılanan təqdimatdan sonra Ş.Bayramov abituriyentləri maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, tədbirdə adıçəkilən rayonlar üzrə 450 nəfər abituriyent iştirak edib.