Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) ilə Polşanın Təhsildə Körpü Assosiasiyası arasında Tərəfdaşlıq görüşü keçirilib.
 
Bu barədə AGMA-dan "Azərbaycan müəllimi"nə bildirilib ki, görüşdə hər iki təşkilatın fəaliyyət istiqamətləri, beynəlxalq səviyyədə həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlər və buna uyğun olaraq, tərəfdaşlıq imkanları müzakirə olunub.
 
Görüşün nəticəsi olaraq, təşkilatlar arasında razılaşma əldə olunub və gələcək zamanda yeni fəaliyyətlərin təşkili nəzərdə tutulur.