Bakı Slavyan Universitetində (BSU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində BSU-nun tədbirlər planına uyğun olaraq universitetin bütün fakültələrində təhsil alan tələbələrin əl işlərindən ibarət rəsm və foto sərgisi təşkil edilib.
 
Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, tədbir zamanı tələbələr müəllifləri olduqları rəsm və fotolar barədə təqdimatla çıxış ediblər.
 
BSU-nun rektoru Anar Nağıyev sərgidə nümayiş olunan rəsm və fotoları yüksək qiymətləndirərək tələbələrə təşəkkür edib, onlara təhsildə və yaradıcılıqda yeni-yeni uğurlar arzulayıb.