Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin III günündə riyaziyyat və kimya fənləri üzrə yüksək bal toplayan namizədlərin bir qismini bəlli olub.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb. Təqdim edilən siyahıda yüksək bal toplayan namizədlərin bəziləri aşağıdakılardır:
1. Rəna Əhmədəliyeva - Riyaziyyat fənni üzrə 96,5 bal
2. Günay Əhmədova - Riyaziyyat fənni üzrə 96,25 bal
3. Aygül Qurbanova - Riyaziyyat fənni üzrə 95 bal
4. Əfsanə Gözəlova - Kimya fənni üzrə 97,5 bal
5. Şəhriyar Ağayev - Kimya fənni üzrə 96,25 bal
6. Ülviyyə Məmmədova - Kimya fənni üzrə 96,25 bal
5. Şəhriyar Ağayev - Kimya fənni üzrə 96,25 bal
6. Ülviyyə Məmmədova - Kimya fənni üzrə 96,25 bal
Qeyd edək ki, imtahanların III gününə riyaziyyat və kimya fənləri üzrə 7 199 namizəd dəvət olunub. Ümumilikdə 80% davamiyyət qeydə alınıb.