Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi regional təhsil idarələrinin, eyni zamanda təhsil müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edib.
 
"Azərbaycan müəllimi"in məlumatına görə, agentliyin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında bildirib ki, hazırda dövlət ümumi təhsil müəssisələrində rəhbər vəzifələrdə (direktor və direktor müavini) çalışan və ya bu vəzifələrdə çalışmaq istəyən şəxslər sözügedən vəzifələrə təyinat zamanı qanunvericiliyin tələblərinin pozulduğu hallar aşkar edilərsə, o zaman bilavasitə məsuliyyət daşıyan tərəflər barədə də ölçü götürüləcək.