Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərinə 2024-2025-ci tədris ili üzrə şagirdlərin qabiliyyət imtahanları yekunlaşıb.
 
"Azərbaycan müəllimi" bildirir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
 
Qeyd edilib ki, bu il ilk dəfə olaraq nazirliyin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərinə şagird qəbulu my.culture.az vahid şəxsi kabineti vasitəsilə aparılıb və şagirdlərin bir məkanda mərkəzləşdirilmiş şəkildə imtahan vermələri üçün bütün lazımi şərait yaradılıb. Bu, ilk növbədə, vətəndaş məmnuniyyətini və obyektiv qiymətləndirməni təmin etmək üçün həyata keçirilir. Ümumilikdə 16280 nəfər elektron qeydiyyatdan keçib. Onlardan 15000 nəfərə yaxın şəxs imtahanlarda iştirak edib.
 
Xatırladaq ki, imtahanın nəticəsi barədə yaxın müddət ərzində şəxsi kabinet və ya elektron poçt vasitəsilə namizədə (18 yaşa çatmayanların valideyninə və ya qanuni nümayəndəsinə) bildiriş göndəriləcək. Uğur qazanmış təhsilalanlar sistem üzərindən təhsil alacaqlarını təsdiq etməlidirlər.