Layihə çərçivəsində ilk tədbir


“Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “UNESCO-nun "Qeyri-maddi Mədəni İrs" siyahısına salınmış milli kəlağayı sənətinin təbliği” layihəsi çərçivəsində ilk tədbir  keçirib. Tədbir Bakı şəhəri Binəqədi rayon Gənclər Evində baş tutub.

 

Açılış tədbirində qonaq qismində Binəqədi Rayon Gənclər və İdman İdarəsin rəis müavini Sevinc Süleymanova, layihənin eksperti, biologiya üzrə fəlsəfə doktoru Aygün Yusifova, universitet tələbələri, Binəqədi rayonunun fəal gəncləri iştirak ediblər.

 

Aygün Yusifova kəlağayılarımızın tarixi və bu günü, respublika muzeyləri və orada saxlanılan qədim və qiymətli irs nümunələrimiz haqqında ətraflı məlumat verib. İsmət rəmzi kəlağayımız haqqında verilən məlumatlar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

 

Sonda iştirakçılara kəlağayı ilə bağlı maraqlı məlumatlar qeyd olunan buklet təqdim olunub. Gənc qızlara üzərində milli arnamentlərimiz əks olunan maddi və mənəvi irs nümunəsi kəlağayılar təqdim olunub.