Azərbaycanda tədrisə yararsız məktəblərin sayı 900-dən 600-ə enib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "VII ADA 2024" Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib.
 
Onun sözlərinə görə, növbəti mərhələdə bu say daha da azaldılacaq: "Bütün halarda bu gün ölkədə təhsilə əlçatanlıqla bağlı ciddi problem yoxdur. Təxminən 80 % məktəb ya təmir olunub, ya da tikilib".