Növbəti illərdə sistemə 20 faiz yeni müəllimin gələcəyi gözlənilir.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
 
O bildirib ki, həmin müəllimlər də sertifikatlaşdırmada yüksək nəticə göstərən müəllimlər olacaqlar.