H.Əliyev adına Coğrafiya İnstitutunun böyük elmi işçisi Elnur Səfərovun “Xəzər dənizinin səviyyə tərəddüdlərinin tədqiqi” adlı monoqrafiyası çap olunub.
 
İnstitututdan "Azərbaycan müəllimi"nə xəbər verilib ki, monoqrafiyada kontakt və peyk məlumatlarına əsasən müasir tədqiqat metodlarının tətbiqi ilə Xəzər dənizinin əsas hidrometeoroloji parametrləri, o cümlədən, mövsümi və çoxillik səviyyə dəyişmələrinin əsas xüsusiyyətləri tədqiq edilib. Spektral analiz metodlarından olan Veyvlet çevrilmələrindən istifadə etməklə ilk dəfə olaraq Xəzər dənizinin qeyri-stasionar səviyyə dəyişmələrinin period-amplitud-zaman asılılığı və onun qlobal iqlim indeksinin El Nino fazası ilə mümkün əlaqəsi öyrənilib.
 
Kitab Xəzər dənizinin səviyyə problemləri, həmçinin peyk altimetriyasi və spektral analız sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulub.