İyunun 21-də elm və təhsil naziri Emin Əmrullayev Naxçıvan şəhərində vətəndaş qəbulu keçirib. Qəbulda Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayon sakinləri iştirak ediblər. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, qəbul zamanı vətəndaşlar təhsilverənlərin sertifikatlaşdırılması, müəllimlərin yerdəyişməsi, xarici diplomların tanınması, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.   
 
Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.