Son zənglə bağlı monitorinqlər zamanı bəzi neqativ hallar qeydə alınıb.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov söyləyib. O bildirib ki, nəticələr emal olunur və yaxın zamanda ictimaiyyətə bu barədə məlumat veriləcək: “Bəzi rayon və şəhər məktəblərində son zəng tədbirlərində neqativ hallar qeydə alınıb. Pozuntu halları ilə bağlı məsul şəxslərin barəsində ölçü götürüləcək”.