Eşqi Bağırov: Son zənglə bağlı monitorinqlər zamanı bəzi neqativ hallar qeydə alınıb
Son zənglə bağlı monitorinqlər zamanı bəzi neqativ hallar qeydə alınıb.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov söyləyib. O bildirib ki, nəticələr emal olunur və yaxın zamanda ictimaiyyətə bu barədə məlumat veriləcək: “Bəzi rayon və şəhər məktəblərində son zəng tədbirlərində neqativ hallar qeydə alınıb. Pozuntu halları ilə bağlı məsul şəxslərin barəsində ölçü götürüləcək”.


21.06.2024 | 11:12