Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) Akkreditasiya və lisenziya şöbəsinin baş məsləhətçisi Heydər Rzayev Rumıniyanın Konstansa şəhərində baş tutan  Keyfiyyət təminatı üzrə Bolonya Tematik Qrupunun 6-cı iclasında iştirak edib.
 
Bu barədə "Azərbaycan müəllimi"nə agentlikdən məlumat verilib.
 
Avropa Ali Təhsil Məkanı üzv ölkələrinin təhsil sistemlərinin nümayəndələrinin iştirak etdiyi görüşdə heyət keyfiyyət təminatı prosesinin rəqəmsallaşdırılması, Avropa universitetlərinin keyfiyyət təminatı, ikili proqramların keyfiyyət təminatına Avropa yanaşması, Bolonya Prosesi üzrə İcra Hesabatının keyfiyyət təminatına həsr olunmuş fəslinin tamamlanması vəziyyəti barədə təqdimatlarla tanış olub. Görüşün ikinci günündə Tematik Qrupun gələcək prioritet mövzuları barədə təqdimatlar ətrafında müzakirələr keçirilib.