Azərbaycan Dillər Universitetinin (ADU) filologiya fakültəsinin "İngilis dili və ədəbiyyatı" ixtisası üzrə ll kurs tələbəsi Aytən Burziyeva noyabr ayında müraciət etdiyi Qlobal tələbə mübadiləsi proqramının (Global UGRAD) ölkə üzrə 6 qalibindən biri olub.

Bu barədə "Azərbaycan müəllimi"nə ADU-dan məlumat verilib. Qeyd olunub ki, o, öz nəticələrinə və TOEFL imtahanından topladığı bala (93/120) əsasən, ABŞ-nin İllinois ştatında yerləşən North Central College-də bir semestr təhsil alacaq.
 
Qeyd edək ki, "Global UGRAD" proqramı ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət İşləri Bürosu tərəfindən tam maliyyələşdirilən mədəniyyət və təhsil proqramıdır.