Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) ibtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanında istifadə olunmuş ixtisas suallarını təqdim edib.
Bu barədə "Azərbaycan müəllimi"nə ARTİ-dən məlumat verilib. Qeyd olunub ki, 2023-cü ildə keçirilmiş sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplamayan ibtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanı 8 iyun 2024-cü ildə təşkil edilib. Bu imtahanda 6 464 müəllim iştirak edib.
İmtahanın təfərrüatları:
- Müddət: 120 dəqiqə
- Ümumi sual sayı: 60
- - Azərbaycan dili üzrə ixtisas suallarının sayı: 25
- - Riyaziyyat üzrə ixtisas suallarının sayı: 25
-
- Tədris metodikası və təlim strategiyaları üzrə sualların sayı: 10
İbtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanında istifadə olunmuş ixtisas sualları ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:
Qeyd: Tədris metodikası və təlim strategiyasına aid sualların bütün fənlər üzrə oxşar olduğu və təhsilverənlərin sertifikatlaşdırılması prosesinin davam etdiyi üçün bu suallar hazırda ictimaiyyətlə paylaşılmır.