İbtidai sinif müəllimlərinin sertifikatlaşdırma imtahanının sualları ilk dəfə ictimaiyyətə təqdim edilib
Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) ibtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanında istifadə olunmuş ixtisas suallarını təqdim edib.
 
Bu barədə "Azərbaycan müəllimi"nə ARTİ-dən məlumat verilib. Qeyd olunub ki, 2023-cü ildə keçirilmiş sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplamayan ibtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanı 8 iyun 2024-cü ildə təşkil edilib. Bu imtahanda 6 464 müəllim iştirak edib.
 
İmtahanın təfərrüatları:
 
  • Müddət: 120 dəqiqə
  • Ümumi sual sayı: 60
  •   - Azərbaycan dili üzrə ixtisas suallarının sayı: 25
  •   - Riyaziyyat üzrə ixtisas suallarının sayı: 25
  •   - Tədris metodikası və təlim strategiyaları üzrə sualların sayı: 10
     
İbtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanında istifadə olunmuş ixtisas sualları ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:
 
 
 
Qeyd: Tədris metodikası və təlim strategiyasına aid sualların bütün fənlər üzrə oxşar olduğu və təhsilverənlərin sertifikatlaşdırılması prosesinin davam etdiyi üçün bu suallar hazırda ictimaiyyətlə paylaşılmır.


11.06.2024 | 18:00