İyunun 11-də 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin tədrisin digər dildə aparıldığı bölməsi üzrə uşaqların I sinfə qəbulu üçün məktəb və müəllim seçimi ilə bağlı məsələlər müzakirə olunacaq, valideynləri maraqlandıran suallar canlı yayımda cavablandırılacaq.
 
Bu barədə "Azərbaycan müəllimi"nə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Vətəndaşlar birinci sinfə elektron qeydiyyatla bağlı yaranan suallarını paylaşımın şərh bölməsində yaza bilərlər.
 
Mövzu ilə əlaqədar suallar BŞTİ-nin Təhsilalanlarla iş sektorunun məsləhətçisi Sənarə İsmayılova tərəfindən cavablandırılacaq.
 
Canlı yayımı BŞTİ-nin rəsmi feysbuk səhifəsində izləmək mümkün olacaq.