İyun ayının 11-12-də Elm və Təhsil Nazirliyinin, Zoologiya İnstitutunun və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Qlobal iqlim dəyişmələri ilə əlaqədar ekosistemlərin fəaliyyətində baş verən pozuntular və onların aradan qaldırılması yolları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
 
Bu barədə institutdan "Azərbaycan müəllimi"nə məlumat verilib. Qeyd olunub ki, konfransın əsas məqsədi quru və su ekosistemlərinin dəyişmə şəraitində bioloji müxtəlifliyin ümumi problemlərinin, fauna ehtiyatlarından səmərəli istifadənin, bioloji invaziyaların problemlərinin, təbii və transformasiya olunmuş ekosistemlərdə heyvanların parazit faunasının və canlı orqanizmlərin müxtəlifliyinin gələcəkdə iqlim dəyişikliyinə uyğunlaşmasının aktual məsələlərinin müzakirəsindən ibarətdir.
 
Konfrans haqqında daha ətraflı məlumatla institutun saytında tanış olmaq mümkündür.