Elm və Təhsil Nazirliyinin dəstəyi və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə gənclər arasında milli kimlik şüurunu möhkəmləndirmək məqsədilə həyata keçirilən “Milli kimlik məktəbi” layihəsi yekunlaşıb.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, milli kimlik, vətəndaşlıq mövqeyi, etnik mədəniyyət, dini və milli tolerantlığın təbliği, milli-mənəvi dəyərlərin qorunub saxlanılması mövzularında maarifləndirmə işlərinin aparılması məqsədilə həyata keçirilən layihə çərçivəsində 44 ümumi təhsil və 1 ali təhsil müəssisəsi olmaqla, ümumilikdə 45 səfər həyata keçirilib.
 
6 ay davam edən layihə Bakı, Sumqayıt, Xırdalan və Qusar şəhərini əhatə edib.
 
Layihə çərçivəsində son görüş və bağlanış mərasimi Qusar rayonu, İmamqulu kənd tam orta məktəbində həyata keçirilib.
 
Qeyd edək ki, layihə çərçivəsində spiker qismində Xəzər Universitetinin siyasi elmlər və fəlsəfə kafedrasının müdiri Orxan Vəliyev çıxış edib.