2 iyun 2024-cü il tarixində keçirilmiş Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının final turunun nəticələri elan edilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, şagirdlər öz nəticələrini təhsil aldıqları ümumtəhsil müəssisələrindən əldə edə bilərlər.

Qeyd edək ki, Lütfi Zadə olimpiadası 5-ci sinif şagirdləri arasında təşkil olunur. Olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlərdə riyaziyyat fənninə olan marağın artırılması və istedadlı şagirdlərin erkən yaşlarda müəyyən edilməsidir.

Nəticələrlə bağlı müraciətlər 3 iş günü ərzində (10-12 iyun 2024-cü il) office@arti.edu.az elektron poçtu vasitəsilə qəbul edilir.

Kitabçalar:

Lütfi Zadə adına riyaziyyat – məntiq olimpiadası Azərbaycan bölməsi


Lütfi Zadə adına riyaziyyat – məntiq olimpiadası rus bölməsi