SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) məzunu Orxan Xankişiyev “İlin
ən aktiv magistratura tələbəsi” seçilib. Elmi sosial fəaliyyətləri ilə
fərqləndiyi üçün Amerikanın Oklahoma Universitetinin Neft-qaz mühəndisliyi
şöbəsi tərəfindən “İlin ən aktiv magistratura tələbəsi” mükafatını qazanıb.
Qeyd edək ki, Orxan 677 bal toplayaraq Bakı Ali Neft Məktəbinin Neft-qaz
mühəndisliyi ixtisasına qəbul olub. Ali Məktəbi bitirdikdən sonra, iki il ərzində
“SOCAR-AQŞ” MMC-də dəniz geoloqu olaraq çalışıb, neft quyularının
qazılması üzrə təcrübə əldə edib.
2022-ci ildə isə tam təqaüdlə Amerikanın Oklahoma Universitetində Neft-qaz
mühəndisliyi üzrə magistratura səviyyəsinə qəbul olub. O, iki il ərzində
dayanıqlı enerji mənbələri, xüsusilə də, geotermal enerji mövzusunda bir
neçə elmi tədqiqat aparıb və məqalələr çap etdirib.
Eləcə də geotermal quyularının qazılma sürətini və səmərəliliyini artırmaq
üçün yeni qazma qurğusu inşa edərək bir sıra təcrübələr aparıb.
Hazırda sözügedən universitetdə doktorantura təhsilini davam etdirir
geotermal quyuların istismarı mövzusunda tədqiqat proyekti üzərində çalışır.
Məzunumuzu ürəkdən təbrik edirik!
AZ1025, Bakı ş, Xətai rayonu,
Xocalı pros. 30;
(+994 12) 521 33 54;
press@bhos.edu.az;
 
 
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) məzunu Orxan Xankişiyev elmi və sosial fəaliyyətləri ilə fərqləndiyi üçün Amerikanın Oklahoma Universitetinin Neft-qaz mühəndisliyi şöbəsi tərəfindən “İlin ən aktiv magistratura tələbəsi” mükafatını qazanıb.
 
Bu barədə "Azərbaycan müəllimi"nə Bakı Ali Neft Məktəbindən məlumat verilib.
 
Bildirilib ki, Orxan Xankişiyev 677 bal toplayaraq Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi ixtisasına qəbul olub. Ali Məktəbi bitirdikdən sonra, iki il ərzində “SOCAR-AQŞ” MMC-də dəniz geoloqu olaraq çalışıb, neft quyularının qazılması üzrə təcrübə əldə edib.
 
2022-ci ildə isə tam təqaüdlə Amerikanın Oklahoma Universitetində Neft-qaz mühəndisliyi üzrə magistratura səviyyəsinə qəbul olub. O, iki il ərzində dayanıqlı enerji mənbələri, xüsusilə də, geotermal enerji mövzusunda bir neçə elmi tədqiqat aparıb və məqalələr çap etdirib.
 
Eləcə də geotermal quyularının qazılma sürətini və səmərəliliyini artırmaq üçün yeni qazma qurğusu inşa edərək bir sıra təcrübələr aparıb.
 
Hazırda sözügedən universitetdə doktorantura təhsilini davam etdirir və geotermal quyuların istismarı mövzusunda tədqiqat proyekti üzərində çalışır.