Bakı Mühəndislik Universitetinin (BMU) xanım tələbələri “Zərif mühəndislər” təqaüd proqramının qalibləri olublar.
 
Bu barədə "Azərbaycan müəllimi"nə universitetdən məlumat verilib.
 
Qaliblər “Kimya mühəndisliyi” ixtisasının 4-cü kurs tələbəsi Aysel Əlizadə, BMU-İNHA İDP “Elektrik və elektronika mühəndisliyi” ixtisasının 2-i kurs tələbəsi Vətəngül Avdiyeva, “Mexanika mühəndisliyi” ixtisasının 4-cü kurs tələbəsi Nazilə Babazadə, BMU-İNHA İDP “İnformasiya texnologiyaları” ixtisasının 3-cü kurs tələbəsi Aysun Hüseynova, “Kompüter mühəndisliyi” ixtisasının 4-cü kurs tələbəsi Ruqiyyə Səftərova, “Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması” ixtisasının 1-ci kurs magistr tələbəsi Günel Pirəliyevadır.
 
Gənc mühəndis xanımların inkişafı layihəsi Təhsilin İnkişafı Fondu və STP Şirkətlər Qrupunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilib.
 
Layihənin əsas məqsədi yüksək akademik göstəricilərə malik, texniki sahələr üzrə fərqli ixtisaslarda təhsil alan tələbə qızların təhsilinə, onların peşəkar mütəxəssis kimi yetişdirilməsinə dəstək göstərməkdir.