Sertifikatlaşdırma məsələsində diqqət edilməli əsas vacib nüans imtahanda uğur qazanan müəllimlərin 80%-nin əməkhaqqısının artmasıdır.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu “Report”a açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
 
O bildirib ki, yəni bu proses 80% müəllimə müsbət təsir edir. 
 
"Ötənilki sertifikatlaşdırma imtahanından fərqli olaraq, bu il riyaziyyat və ingilis dili fənni də daxil olmaqla təxminən 30 min təhsilverəni prosesə cəlb edəcəyik. Bu da o deməkdir ki, müəllimlərin böyük əksəriyyətinin, yəni 80%-nin əməkhaqqısına ya 10, ya da 35% əlavə tətbiq ediləcək. Sertifikatlaşdırmanın bu tərəfini unutmaq lazım deyil”.