Sabirabad şəhər Beynəlmiləl Təbiət və Texniki fənlər təmayüllü məktəb-liseyin 8ç sinif şagirdləri "İstedadlar" adlı onlayn qəzet layihəsi hazırlayıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, şagirdlərin təşəbbüsündə məqsəd oxuduqları məktəblərin nailiyyətlərini, şagirdlərin uğurlarını paylaşmaq, şagirdləri təhsillə bağlı son məlumatlar haqqında maarifləndirmək, məntiqi təfəkkürün inkişafı və əyləncə məqsədilə müxtəlif mövzularda krossvord və rebuslar təqdim etməkdir.
Həmçinin onlayn qəzetdə "dilimizi qoruyaq" rubrikasında sözlərin düzgün yazılış və tələffüzü haqqında maarifləndirmənin həyata keçirilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, şagirdlərin təşəbbüsü ilə hazırlanan "İstedadlar" onlayn qəzeti ilə buradan tanış ola bilərsiniz.