Sertifikatlaşdırma imtahanlarında uğur qazana bilməyən müəllimlərin çoxu orta yaş qrupuna aid olanlardır.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva deyib.
 
O bildirib ki, test imtahanı mərhələsində sualların məzmununda heç bir fərq yoxdur:
 
"Uğur qazana bilməyən müəllimlər adətən müsahibə mərhələsində kəsilir. Çünki onun öyrətmə üsulu qaneedici olmur".