Sertifikatlaşdırmadan kəsilənlərin çoxu orta yaşlı müəllimlərdir
Sertifikatlaşdırma imtahanlarında uğur qazana bilməyən müəllimlərin çoxu orta yaş qrupuna aid olanlardır.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva deyib.
 
O bildirib ki, test imtahanı mərhələsində sualların məzmununda heç bir fərq yoxdur:
 
"Uğur qazana bilməyən müəllimlər adətən müsahibə mərhələsində kəsilir. Çünki onun öyrətmə üsulu qaneedici olmur".


06.06.2024 | 11:13