Füzuli rayonunun Qarabağ kənd tam orta məktəbinin 40 şagirdi valideynləri və müəllimləri ilə birlikdə ADA Universitetində qonaq olublar.
 
Bu barədə "Azərbaycan müəllimi"nə universitetdən məlumat verilib. Bildirilib ki, ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbinin könüllü komandası qonaqları universitet və məktəb kampusu ilə tanış ediblər.
 
Səfər zamanı şagirdlər universitet və məktəbin imkanları ilə tanış olmaqla yanaşı, kampusda müxtəlif əyləncəli fəaliyyətlərdə iştirak ediblər.
 
Həmçinin valideynlər və müəllimlər fakültənin professor-müəllim heyəti, rəhbərliyi və direktoru ilə görüşmək imkanı əldə ediblər. 
 
Qeyd edək ki, Füzuli rayonu Qarabağ kənd tam orta məktəbinin müəllim-şagird-valideyn heyətinin ADA-ya səfəri "Bir Müəllimin Manifesti" proqramının davamı olaraq təşkil olunub.