Bakı Mühəndislik Universitetində (BMU) yeni startapların tanıdılması məqsədilə keçirilmiş sərgidə uğurla təmsil olunan tələbələrə sertifikatlar təqdim edilib.
 
Bu barədə universitetdən "Azərbaycan müəllimi"nə məlumat verilib.
 
Rektor Yaqub Piriyev BMU-nun Texnoparkında tələbələrin startap layihələrinin inkişafı, maliyyələşdirilməsi, innovativ ideyaların biznesə çevrilməsi istiqamətində görülən işlərə toxunub. Tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayan rektor BMU-da startapların inkişafı üçün müvafiq işlərin davamlı olaraq həyata keçiriləcəyini fikirlərinə əlavə edib.
 
Tələbələrlə səmimi söhbət edən rektor startapların inkişafı və onlara dəstək verilməsi məqsədilə görülən işlərin gedişatı, inkubasiya proqramı ilə yaxından maraqlanıb.
 
Öz növbəsində startapçı tələbələr öz layihələri, gələcək planları barədə ətraflı məlumat veriblər.
 
Sonra sərgidə uğurla çıxış edən startapçı tələbələrə sertifikatlar təqdim olunub.