Sosial şəbəkələrdə Xaçmaz rayonunda 10-cu sinif şagirdinin yaşıdına xəsarət yetirməsi barədə məlumat yayılıb. 
 
Quba-Xaçmaz Regional Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə bildirilib ki, 31 may tarixində axşam saat 22:00 radələrində Xaçmaz rayonu Ləcət kənd tam orta məktəbinin 10-cu sinif şagirdi eyni məktəbdə oxuyan yaşıdına aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib. 
 
Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib. 
 
Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılıb, hüquq-mühafizə orqanlarına məlumat verilib. 
 
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən məktəbliyə baş çəkilib, valideyn və şagirdlə söhbət aparılıb.