Türkiyə Respublikası Adıyaman Universitetinin müəllimləri Vahidə Gənçkən və Rabia Özən Uyar Erasmus+ proqramı çərçivəsində Lənkəran Dövlət Universitetinə (LDU) səfər ediblər.
 
 
Bu barədə "Azərbaycan müəllimi"nə universitetdən məlumat verilib.
 
Səfər çərçivəsində türkiyəli müəllimlərə LDU ilə ətraflı tanışlıq imkanı yaradılıb, onlar universitetin təhsil həyatı ilə tanış ediliblər, imtahan proseslərini izləyiblər.
 
LDU ilə əyani tanışlıqdan sonra universitetin rektoru prof.Natiq İbrahimov Adıyaman Universitetinin müəllimləri Vahidə Gənçkən və Rabia Özən Uyarı qəbul edib. O, söhbət zamanı LDU ilə qardaş Türkiyə Cümhuriyyətinin universitetləri arasında son illərdə genişlənən əlaqələrindən, birgə həyata keçirilən layihələrdən söz açıb, əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə edib.
 
Sonda prof. Natiq İbrahimov türkiyəli qonaqlara xatirə hədiyyələri təqdim edib. Maraqlı görüş xatirə fotoları ilə yaddaqalan olub.