““Azərbaycan müəllimi” deyir” rubrikası çərçivəsində müəllimlərin “Azərbaycan müəllimi”nin sosial şəbəkə hesablarındakı sorğuya əsasən, bir-birinə ən çox tövsiyə etdikləri 5 filmin siyahısını təqdim edirik.



“Ağıl oyunları” (“A beautiful mind”) – 2001-ci ildə çəkilən bu film iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Con Forbs Neşin həyatından bəhs edir. Silviya Nazarın eyni adlı kitabı əsasında hazırlanan Ron Hovardın bioqrafik dramıdır. Vəsvəsəli və qəribə xasiyyətə sahib Con ətrafındakılarla əlaqə qurmur və dərslərə belə girmir ki, tamamilə tədqiqatlarla məşğul olsun. Parlaq gənc alim karyerasını Massaçusets Texnologiya İnstitutunda müəllim olaraq davam etdirir.

 

Nobel mükafatına layiq görülən məşhur riyaziyyatçı Con Neşin real həyat hekayəsindən bəhs edən 'Ağıl Oyunları' iki mühüm kateqoriyada Oskar mükafatı qazanaraq uğurunu sübut edib.




 

Yerdəki ulduzlar” (“Every child is special”) – 2007-ci ildə Aamir Khan, Amole Qupte və Ram Madhvani tərəfindən çəkilmiş dramatik janrda bir  filmdir. Baş rollarda Darsheel Safary və Aamir Khan oynayıb. Hərfləri və rəqəmləri qavramaqda problemləri (disleksiya) olan İşana ailəsi və dostları tərəfindən tənbəl kimi qəbul edilir. İşan dərslərində müvəffəqiyyətsiz, əksər işlərində ardıcıl olan bir uşaqdır, 3-cü sinifdə olmasına baxmayaraq, hələ də yazıb-oxumağı öyrənə bilməyib, eyni zamanda o kitabı hər dəfə açanda sözlər sanki ona rəqs edirmiş kimi görünür. Bu müvəffəqiyyətsizliklər nəticəsində o içinə qapanmış və pessimist bir uşağa çevrilir, insanlardan uzaqda öz xoşbəxtliyini və azadlığını tapır. Anasının ona göstərmiş olduğu diqqətə baxmayaraq, atasının sərt rəftarı İşanın mənəvi dünyasını daraldır. O, əlifbanı, dərslərini öyrənməsi üçün internat məktəbinə keçiriləndən sonra burada yeni rəsm müəllimi ilə tanış olur. Τamamilə hər şeydən əlini üzdüyü bir zamanda, yeni rəsm müəllimi İşanın həyatını tamamilə dəyişdirməyə nail olur.

 

 

“Xor” (“Chorus”) – Film 1949-cu ildə müharibədən sonrakı Fransada cərəyan edir. İşsiz musiqi müəllimi Clement Mathieu (Gérard Jugnot) təklif əsasında oğlanlar üçün internat məktəbində işləməyə başlayır. "Suyun dibi" (Fond de l'Etang ) adlanan məktəbdə tamamilə fərqli xarakterlərə və çox üsyankar rəftarlara malik yoxsul, ümumiyyətlə yetim şagirdlər var. Məktəbin direktoru (Fransua Berléand) tələbələrə qarşı çox sərt davranır və təkadamlıq kamerada saxlamaq və döymək kimi amansız cəzalar verməklə nizam-intizamı qorumağa çalışır. Bu cür cəzalarla heç bir nəticə əldə edilə bilməyəcəyini düşünən Klement cəzaların çəkindirici olmaqdan çox, tələbələri casusluğa sövq edəcəyini və aralarındakı münaqişənin artacağını düşünür. Ağlına gələn ən yaxşı həll yolu tələbələrə yaxın olmaq və ən yaxşı bildiyi musiqi ilə onlara fərqli bir dünyanın qapılarını açmaqdır.

 

“Xor” 1945-ci ildə Corc Şaperotun René Uiler ilə birlikdə yazdığı eyni adlı hekayəyə (La Cage aux Rossignols) uyğunlaşdırılmış, 1946-cı ildə çəkilmiş La Cage aux Rossignols (Bülbül yuvası) filminin remeykidir.

 

Film pis idarə edilən bir internat məktəbinə yeni təyin olunmuş musiqi müəlliminin oradakı problemli şagirdlərin həyatını musiqi ilə dəyişməsindən bəhs edir.

 

 

“Ölü şairlər cəmiyyəti” (“Dead Poets Society”) — rejissor Piter Uirin 1989-cu ildə çəkdiyi bədii filmdir.

Filmdə öz şagirdlərini həyatlarını dəyişdirməyə çağıran, onlarda poeziya və ədəbiyyata maraq oyadan ingilis dili və ədəbiyyat müəllimindən danışılır. Hadisələr Vermont ştatındakı Velton şəhərinin uydurulmuş akademiyasında cərəyan edir.

 


 

“Qara” (“Black”) – 2005-ci ildə çəkilmiş hind filmidir. Hindistanın Beynəlxalq Film Festivalında nümayiş etdirilib. Film Helen Kellerin həyatı və mübarizəsindən ilhamlanan uyğunlaşmadır. Söhbət kor və kar bir qızın müəllimi sayəsində həyata necə bağlanmasından, yaşamaq üçün necə mübarizə aparıb qalib gəlməsindən, müəllimi eyni vəziyyətə düşəndə ​​yorulmadan onu öyrətməsindən bəhs edir. Kor və kar doğulan Mişel ailəsi tərəfindən başa düşülmür. Mişeli ruhi xəstəxanaya göndərməzdən əvvəl anası və atası sonuncu dəfə müəllim tutaraq şanslarını sınamaq istəyirlər. Əvvəlcə müəllimlə yaxşı münasibət qurmasalar da, bu müəllimin qıza müvəffəqiyyətlə təhsil verdiyini görüb, onunla davam edirlər. Müəllimin sayəsində Mişel universitetə ​​gedir, lakin sonra Mişelin müəllimi Altsheymer xəstəliyinə tutulur və Mişellə maraqlana bilmir. Bir gün Mişel müəllimindən onu öpməsini xahiş edərək həyatının ən böyük səhvini edir. Müəllimini zorlayır və müəllimi onu öpür. O, artıq yoxdur. Mişel müəlliminin gəlməsi üçün hər bazar günü kilsədə dua edir və 12 ildən sonra onu ilk sözünü öyrəndiyi fəvvarə başında tapır. İndi müəllim olmaq növbəsi Mişelindir. Yorulmadan onun öyrətdiklərini öz müəlliminə öyrətməyə çalışır.

 

Qeyd edək ki,  "Azərbaycan müəllimi"nin filmlərlə bağlı 2018-ci ildə paylaşdığı siyahını da buradan əldə edə bilərsiniz.

 

Vaqif FƏTULLAYEV