İyunun 2-də Sənayə və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Bir Könüllü” Tələbə Təşkilatı və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə məktəblilər arasında “Qərbi Azərbaycana Qayıdış” intellektual yarışı həyata keçirilib.
 
“Bir Könüllü” Tələbə Təşkilatının sədri Leyla Zeynalova açılış nitqi ilə çıxış edib, iştirakçılara uğurlar arzulayıb. Daha sonra Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının üzvü Ramin Həbibzadə “Qayıdış” konsepsiyası haqqında iştirakçılara məlumat verib, onların suallarını cavablandırıb.
 
“Qərbi Azərbaycana Qayıdış” mövzusunda həyata keçirilən yarışda Bakı, Xırdalan və Sumqayıt şəhərlərində yerləşən ümumi təhsil müəssisələrindən ümumilikdə 110 şagird olmaqla 21 komanda mübarizə aparıb.
 
Yüksək rəqabət mühitində davam edən yarışın yekununda “RİF BRAİN”, “Xarıbülbül” və “Kəvakib” komandaları müvafiq olaraq 1,2,3-cü yerlərə layiq görülüblər.