Mayın 30-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının növbəti iclası keçirilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, iclası giriş sözü ilə açan ADPU-nun rektoru professor Cəfər Cəfərov əvvəlcə ötən dövrdə elmi adlar almış bir qrup əməkdaşa müvafiq diplomları təqdim edib. Tarix elmləri doktorları Namiq Niftiyev və Sevinc Əliyeva, eləcə də filologiya elmləri doktoru Sərdar Zeynalova professor attestatı, pedaqogika  üzrə fəlsəfə doktoru Səidə Abdullayevaya isə dosent attestatı təqdim olunub. Daha sonra isə Respublika fənn olimpiadasında fərqlənən tələbələr mükafatlandırılıb.
 
Tədris departamentinin direktoru dosent Sənan Əliyevin “ADPU-da 2023-2024-cü tədris ilinin yaz imtahan sessiyasına hazırlıq və qarşıda duran vəzifələr barədə” məruzəsindən sonra cari məsələlərin müzakirəsi aparılıb.
 
Elm innovasiyalar üzrə prorektor professor Asəf Zamanov monoqrafiyaların çapa təqdim edilməsi və elmi məsləhətçinin dəyişdirilməsi barədə məruzə edib.
Rektorun müşaviri Ümid Mehdiyev Şura üzvlərinə ADPU-nun Şəki filialının monitorinqi ilə əlaqədar arayış təqdim edib.
 
Sonda Tədris departamentinin direktoru dosent Sənan Əliyev tədris-metodiki vəsaitlərin nəşrinə icazə verilməsi barədə məruzə edib.
Yekunda müzakirə olunan məsələlər ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırıb və müvafiq qərarlar qəbul olunub.