Qarabağ Universitetinin rektoru Şahin Bayramov və yeni fakültə dekanlarının SABAH qrupları İcra Komitəsi ilə onlayn görüşü olub.
Bu barədə “Azərbaycan müəllimi”nə SABAH qruplarının İcra Komitəsindən məlumat verilib.
Görüşdə Qarabağ Universitetinin yeni tədris ilindən fəaliyyətinə dair məsələlər müzakirə olunub.
Qeyd edək ki, 2024-2025-ci tədris ilində Qarabağ Universitetinin bakalavriat səviyyəsində SABAH qruplarına tələbə qəbulu aparılacaq.