Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş şəhid övladları üçün bayram tədbiri keçirib.
“Azərbaycan müəllimi” xəbər verir ki, tədbir Dövlət Xidmətinin Qobu qəsəbəsində yerləşən Mərkəzi Çağırış Məntəqəsi Kompleksində təşkil olunub.
Mərasimdə ilk öncə şəhidlərin əziz xatirəsi yad edilib. Bakıdakı 67 nömrəli tam orta məktəbin “Kəşfiyyatçılar” komandası uşaqlara müxtəlif hərbi tapşırıqların icrasını nümayiş etdirib. Uşaqlar komandalara bölünüb və özləri də bir neçə idman-estafet oyunlarına qatılıblar.
Tədbirdə şəhid övladlarına Dövlət Xidməti tərəfindən hədiyyələr və fəxri fərmanlar təqdim edilib.
Sonda uşaqlar “Mənim atam qəhrəmandır” mahnısını ifa ediblər.
Sifai SƏFƏROVA