STEAM tədris edən müəllimlər üçün keçirilən müsabiqənin yekun nəticələri elan olundu.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrində STEAM tədris edən müəllimlər üçün keçirilən müsabiqə artıq yekunlaşıb.

"Azərbaycan müəllimi" xəbər verir ki,  müsabiqə test və müsahibə mərhələsi olmaqla iki mərhələdə təşkil olunub və müsabiqəyə cəlb olunan 206 namizəddən 53-ü hər iki mərhələdə uğur qazanıb.

Məlumat üçün bildirək ki, hər iki mərhələni uğurla başa vuran namizədlərə Nazirlik tərəfindən STEAM təhsili üzrə tədris prosesini aparmağa icazə hüququ verən və 2 il qüvvədə olan sertifikat təqdim olunacaq.

Müsabiqədə uğur qazana bilməyən namizədlər və ya həmin sahə üzrə marağı olan digər müəllimlər isə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən iyun ayından etibarən təkmilləşdirmə təlimlərinə cəlb olunacaq və onlar üçün təkrar müsabiqə keçiriləcək.

Namizədlərin müsabiqə nəticələri ilə bağlı ətraflı məlumat https://rb.gy/gc4mcx linkində yerləşdirilib