Sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbi və 2 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi ziyarət edilib 
 
Bu barədə Məktəbəqədər və Ümümi Təhsil üzrə Dövlət Agentlyindən "Azərbaycan müəllimi"nə məlumat verilib. Bildirilib ki, ziyarətin məqsədi tədris prosesini izləmək,  mövcud şəraitlə daha yaxından tanış olmaqdır. 
 
Agentliyin direktor müavini Mehriban Vəliyeva, Xüsusi təhsil sektorunun müdiri Anar Xələfov şagirdlərlə həmsöhbət olub, bir sıra dərslərin gedişatını izləyib, tədris prosesinin təşkili ilə bağlı pedaqoji kollektivə müvafiq tapşırıq və tövsiyələrini veriblər.
 
Sağlamlıq imkanlarından asılı olmayaraq hər kəsin bərabər və maneəsiz təhsil almaq hüququnu təmin etmək əsas hədəflərimizdəndir.