Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən aparılan monitorinqlər zamanı bir sıra nöqsanlar aşkarlanıb və təhsil müəssisələrinin rəhbərləri vəzifələrindən azad edilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, Lənkəran-Astara Regional Təhsil İdarəsinin fəaliyyət planına və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin “Monitorinqlərin keçirilməsi barədə” 29 aprel 2024-cü il tarixli elektron məktubunun icrasına uyğun olaraq məktəbəqədər və ümumi təhsil müəssisələrində monitorinqlər həyata keçirilir. 
 
Monitorinqlər nəticəsində təhsil müəssisələrinin rəhbərlərindən 9-u işdən azad olunub, 3-nə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 6-na töhmət verilib, 3-nə isə yazılı xəbərdarlıq edilib.
 
İşdən azad olunub:
- Astara şəhər 3 nömrəli körpələr evi-uşaq bağçasının müdiri
- Astara şəhər 4 nömrəli körpələr evi-uşaq bağçasının müdiri
- Cəlilabad rayon Boyxanlı kənd tam orta məktəbinin direktoru
- Lənkəran rayon Osakücə kənd körpələr evi-uşaq bağçasının müdiri
- Masallı rayon Şərəfə kənd uşaq bağçasının müdiri
- Masallı rayon Türkoba kənd tam orta məktəbinin direktoru
- Masallı rayon Sirəbil kənd ümumi orta məktəbinin direktoru
- Masallı rayon Köhnə Alvadı kənd tam orta məktəbinin direktoru
- Masallı şəhər 3 nömrəli tam orta məktəbinin direktoru
 
Sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib:
- Cəlilabad rayon Privolnoye kənd körpələr evi-uşaq bağçasının müdiri
- Yardımlı rayon Qabaqdibi kənd tam orta məktəbinin direktoru
- Lənkəran rayon Velədi kənd körpələr evi-uşaq bağçasının müdiri
 
Töhmət verilib:
- Astara rayon Burzubənd kənd tam orta məktəbinin direktoru
- Lənkəran rayon Xolmili kənd körpələr evi-uşaq bağçasının müdiri
- Lənkəran rayon Liman şəhər 4 nömrəli körpələr evi-uşaq bağçasının müdiri
- Lənkəran rayon Alazəpin kənd ümumi orta məktəbinin direktoru
- Lənkəran şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün 
xüsusi internat məktəbinin direktoru
- Lənkəran rayon Kənarmeşə kənd tam orta məktəbinin direktoru
 
Yazılı xəbərdarlıq edilib:
- Lənkəran rayon Liman şəhər 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri
- Lənkəran rayon Aşağı Nüvədi qəsəbə tam orta məktəbinin direktoru
- Masallı rayon Qəriblər kənd tam orta məktəbinin direktoru
 
Qeyd edək ki, cari ilin yanvar-may ayları ərzində Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən 14 məktəbəqədər və 18 ümumi təhsil müəssisəsində monitorinqlər aparılıb və davam etdirilir.